Архив новостей

21.04.2013

Kazino “Şanqri La Tbilisi” bestseller müəllifi Evgeni Kovtuna ev sahibliyi etdi


 

Aprelin 13-də saat 14:00-da Kazino “Şanqri La Tbilisi”-də “Sovet ölkələrində azart” adlı üç cildlik kıtabın təqdimatı keçirildi. Bu münasibətlə, Kazino “Şanqri La Tbilisi” azartlı oyunlar və həmçinin lotereyaların dövlət tənzimlənməsi sahəsində tanınmış mütəxəssis olan, məşhur yazıçı Evgeni Kovtuna ev sahibliyi etdi.

Bu kitab Sovet vətəndaşlarının əyləncə meylinin ayrı-ayrı istiqamətlərinə həsr olunmuş ilk nəşrdir. Söhbət azartlı oyunlardan, lotereyadan və həmçinin oyun kartlarının istehsal tarixindən (Dövlət Kart Monopoliyasından) gedir. Bu üç cildlik nəşr oyun və lotereya fəaliyyətinin dövlət tənzimlənməsinə və həmçinin Sovet Sosialist Respublikaları İttifaqında oyun kartlarının ishehsal tarixinə həsr olunur.
 
Nəşr üç cilddən ibarətdir: “Azartlı oyunlar”, “Lotereyalar” və “Dövlət Kart Monopoliyası”. Kitabda Rusiya Federasiyasının dövlət arxivindən nadir rəsimlər göstərilir. Kitab yazıldığı zaman, onun müəllifi 5000-dən artıq arxiv məsələsini öyrəndi, 1000-dən artıq mərkəzi qəzeti nəzərdən keçirdi və 600-dən artıq illüstrasiya seçdi. “Sovet ölkələrində azart” adlı üç cildlik kitabda SSSR-də 1917-ci ildən 1991-ci ilə qədər azartlı oyunların inkişafı tarixi barədə ətraflı məlumat verilir. Bu nəşr, oyun biznesi və lotereyaların tarixi ilə maraqlanan hərkəs üçün həvəslə oxunacaq kitab olacaq.
 
Təqdimatın gedişatı zamanı, kitabın müəllifi Sovet İttifaqında azartlı oyunların inkişafı barədə maraqlı tarixi misallar gətirdi. Sözü gedən dövrün azartlı oyunları ilə əlaqədar maraqlı hadisələr söylədi, analoji oyunların mövcud olduğu barədə misallar gətirdi. Gürcüstanda azartlı oyunların tarixindən danışdı və auditoriyanın suallarını cavabladı.

“Sovet ölkələrində azart” adlı üç cildlik kitabı internet mağaza Amazon.com-dan almaq mümkündür. Üç cildlik nəşrin bir neçə ekzemplyarını Kazino “Şangri La Tbilisi” müxtəlif kitabxanalara hədiyyə edəcək. Bu kitablarla Tbilisi şəhərinin İctimai Kitabxanasında, Tbilisi Dövlət Universitetinin Kitabxanasında və İlia Çavçavadze adına Dövlət Universitetinin kitabxanasında tanış ola bilərsiniz.
 
Evgeni Vyaçeslavoviç Kovtun

Oyun və lotereya fəaliyyətinin dövlət tənzimlənməsi sahəsində məşhur mütəxəssisdir. Oyun biznesinin hüquqi tənzimlənməsinə həsr olunmuş bir çox kitabın və məqalənin müəllifidir. Evgeni Kovtunun məqalələri bir çox Kütləvi İnformasiya Vasitələrində necə Rusiyada, eləcədə diqər ölkələrdə, bir çox dillərə tərcümə edilib (İngilis, Fransız, İspan, Polşa, Bolqar, Rumin, Estoniya, Latviya, Litva, Ukraina, Erməni, qürcü və iran) və çap olunub.

Daha ətraflı məlumatı internet-saitimizdən ala bilərsiniz www.AzartvSSSR.ru